Şriftin ölçüsü :

Saytın rəngi :

“El havası” adlı layihə Masallıda

14 fevral 2020 | 16:00

    13-14  fevral 2020-ci il tarixdə  Masallı rayon Mədəniyyət Mərkəzində Gənclər və İdman Nazirliyi tərəfindən keçirilən  “El havası” adlı yeni əyləncəli musiqi layihəsi keçirilmişdir.

      Layihənin əsasən məqsədi respublikanın rayon və şəhərl13-14  fevral 2020-ci il tarixlərdə “Gənclər Paytaxtı” seçilən   Masallı rayonunda Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən keçirilən  “El havası” adlı yeni əyləncəli musiqi layihəsinə yekun vuruldu.

       Layihənin əsasən məqsədi respublikanın rayon və şəhərlərində yaşayan istedadlı gənclərin üzə çıxarılmasına şərait yaratmaq, onların asudə vaxtının səmərəli keçirilməsini təşkil etmək, qədim el havalarını, xalq mahnılarımızı, rəqslərimizi, milli mədəni irsimizi təbliğ etməkdir.

Yarışma 3 nominasiya üzrə keçirilmişdir: rəqs, solo ifa, musiqi alətində ifa.

        N.Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzində İki gün davam edən yarışmada  Salyan, Neftçala Cəlilabad , Biləsuvar , Yardımlı,   Masallı, Lənkəran, Astara və Lerik şəhər və rayonlarından  olan 100 nəfərə yaxın  yeniyetmə və gənc  öz istedadlarını nümaiş etdirmişlər

Qeyd edək ki, Zonalarda keçirilən “El havası” yarışmasının qaliblərini Bakıda təşkil olunacaq möhtəşəm qala-konsert proqramında maraqlı sürprizlər gözləyir.

 

Keçidlər