Şriftin ölçüsü :

Saytın rəngi :

VƏTƏNDAŞLARIN NƏZƏRİNƏ!

22 mart 2020 | 16:00

Əziz Masallılar və rayonumuzun qonaqları!

Məlum olduğu kimi son vaxtlar İran İslam Respublikasında müşahidə olunan “koronavirus” epidemiyasına qarşı sərhəd rayonlarında, o cümlədən Masallı rayonunda həyata keçirilən qabaqlayıcı tədbirlərin gücləndirilməsi, bu xəstəliyə yoluxmalarına şübhə yaranan şəxslərin vaxtında aşkarlanması və tibbi təxliyəsi ilə bağlı Masallı Mərkəzi rayon Xəstəxanası karantin seçilmiş xəstəxanalara dəstək məqsədi ilə ayrılmışdır.
Vətəndaşların nəzərinə çatdırırıq ki, müxtəlif növ xəstəliklər və ya müayinələrlə bağlı rayonda fəaliyyət göstərən digər tibb müəssisələrinə, o cümlədən Boradigah sahə xəstəxanası və Viləş kənd sahə xəstəxanasına müraciət etsinlər!

Keçidlər