Şriftin ölçüsü :

Saytın rəngi :

XIL KƏNDİNİN MƏRKƏZİ KÜÇƏLƏRİNƏ GECƏ İŞIQLARI QURAŞDIRILIR

09 iyun 2020 | 16:00

Xıl kəndinin mərkəzi küçələrinə gecə işıqlarının quraşdırılmasına başlanılmışdır.

Bu barədə məlumat verən Masallı rayon İcra hakimiyyəti başçısının Xıl kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Mirsənan Sadıqov bildirmişdir ki, Rusiya Federasiyasında yaşayan Xıl kənd sakinlərinin maddi dəstəyi və rayon Elektrik Şəbəkəsinin əməkdaşlarının köməkliyi ilə ərazinin mərkəzi küçələrinin işıqlandırması üçün ümumilikdə 40 ədəd işıq dirəyinin basdırılması nəzərdə tutulmuşdur ki, artıq bu dərklərdən 20 ədədi basdırılmış və fənərləri quraşdırılaraq hazır vəziyyətə gətirilmişdir. Yaxın zamanlarda mərhələli şəkildə ərazinin bütün mərkəzi küçələrinin işıqlandırlmasının yekunlaşacağı nəzərədə tutulmuşdur. Bu da kənd sakinlərinin böyük sevincinə səbəb olmuşdur.
M. Sadıqov Xıl kənd sakinləri adından xeyriyyə işlərində maddi və mənəvi eləcədə fiziki dəstəyi olan hər kəsə təşəkkürlərini çatdırdı.

Keçidlər