Şriftin ölçüsü :

Saytın rəngi :

Masallı RİH başçısı növbəti onlayn qəbul keçirib

10 iyul 2020 | 16:00

10 iyul 2020-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov vətəndaşlarla növbəti onlayn qəbulunu keçirib.
Virtual qəbul zamanı Masallı şəhər sakini Azadə Səmədova Ünvanlı Sosial Yardım, Çaxırlı kənd sakini Zaur Alışov iş və maddi yardımla təmin olunması, Sığdaş kənd sakini Gülbala Quliyev əmək haqqının ödənilməsi, Ərkivan qəsəbə sakini Qəhrəman Nurəliyev maddi vəziyyətinin ağır olması, Tüklə kənd sakini Təbib Mehtiyev əkin sahəsinə su verilməməsi, Təzə Alvadı kənd sakinləri Vilayət Qəniyev və Rizvan Nəsirov örüş otlaq sahəsi, Türkoba kənd sakini Əliheydər Hüseynov Ünvanlı Sosial Yardım üçün arayış ala bilməməsi və s. ilə bağlı müraciətlərini səsləndiriblər.
Vətəndaşların müraciətlərini dinləyən rayon rəhbəri onların problemlərinin aidiyyatı təşkilatlar üzrə qeydiyyata alınması və icra hakimiyyətinin səlahiyyətləri çərçivəsində həll edilməsi üçün müvafiq göstərişlər verib, səslənən bütün müraciətlərin nəzarətə götürüldüyünü diqqətə çatdırıb.

Keçidlər