Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda da günəbaxan bitkisi yetişdirilməkdədir

04 avqust 2020 | 16:00

Bu il Masallı rayonunda 43,2 hektarda günəbaxan yetişdirilib.

Belə ki, son illər Masallı rayonunda günəbaxan bitkisinin becərilməsinə maraq çoxalıb. Günəbaxan becərməyin sərfəli olduğunu deyən Banbaşı (5 hektar), Çaxırlı (2 hektar), Qızılağa (2 hektar), Öncəqala (3 hektar), Səmidxan (2 hektar), Viləş (2hektar) və Yeddioymaq (2 hektar) sakinləri bildiriblər ki, günəbaxan bitkisinin dənindən tum və yağ emalında istifadə edilir.  Qeyd edək ki, məhsulun yığımı əl əməyi vasitəsilə həyata keçirilir.
Təmizlənən və çeşidlənən məhsul müvafiq olaraq ölkənin daxili bazarına, günəbaxan tumları və yağ emalı müəssisələrinə təhvil verilir.

Keçidlər