Şriftin ölçüsü :

Saytın rəngi :

Ərkivan qəsəbəsi ərazisində abadlıq-quruculuq işləri davam edir

15 sentyabr 2020 | 16:00

Masallı rayon Ərkivan  qəsəbəsi ərazisində abadlıq-quruculuq işləri mərhələli şəkildə davam etdirilir.
Belə ki, bu günlərdə Ərkivan qəsəbəsi ərazisində qəsəbənin xeyirxah insanları tərəfindən ərazidə küçələrə qum və çınqıl döşənmiş, su kanallarının təmizlənməsi işləri görülmüşdür.

Qəsəbə ərazi nümayəndəsi Sabiq Cahangirov və qəsəbə bələdiyyəsinin sədri Əmrah Mazanov qeyd etmişlər ki, ərazidə mərkəzi yolun kənarı kollardan, məişət tullantılarından təmizlənib, ağaclara, güllərə qulluq edilib və görülmüş bütün işlər karantin rejiminin tələblərinə riayət olunmaqla aparılmışdır.

Qəsəbədə abadlıq-quruculuq işləri mərhələli şəkildə davam etdirilir.

 

 

Keçidlər