Şriftin ölçüsü :

Saytın rəngi :

Masallı Mənzil İstismar Sahəsi abadlıq-quruculuq işlərini davam etdirir

18 sentyabr 2020 | 16:00

Masallı Rayon Mənzil İstismar Sahəsi tərəfindən çoxmənzilli binaların həyatyanı sahələrində abadlıq-quruculuq işləri davam etdirilir.

Mənzil İstismar Sahəsinin rəisi Zaur İbrahimovdan aldığımız məlumata əsasən bina əraziləri alaq otları və kollardan, məişət tullantılarından təmizlənib, ərazilərdə dekorativ ağaclar, həmişəyaşıl bitkilər əkilib. Vaxtaşırı olaraq ağaclara, güllərə qulluq edilir.

Bundan əlavə çoxmənzilli binaların həyətlərinə torpaq, yollara isə qum tökülərək hamarlanıb.

Binaların girişlərinə qoyulmuş köhnə zibil qabları yeniləri ilə əvəz olunub. Giriş divarları, pilləkənlərı, pilləkən meydançaları təmir edilib.

MİS-ə məxsus küçələrdə abadlıq-quruculuq işləri mərhələli şəkildə aparılır.

Qeyd edək ki, görülən işlər karantin rejiminin tələblərinə riayət olunmaqla həyata keçirilir.

 

Keçidlər