Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda "Xocalı fəryadı" mövzusunda onlayn tarix dərsi

23 fevral 2021 | 16:00

Masallıda "Xocalı fəryadı" mövzusunda onlayn tarix dərsi keçirilib.

Fevralın 22-də R.Tağıyev adına Masallı Rayon Tarix-Diyarşünaslıq Muzeyi və rayon Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş “Xocalı fəryadı” mövzusunda onlayn tarix dərsi keçirilib. Onlayn dərsdə rayonun Hişkədərə kənd tam orta məktəbinin şagirdləri iştirak ediblər. Dərsə başlamazdan əvvəl məktəblilərin ifasında dövlət himni səsləndirilib. Sonra vətən uğrunda canından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Əntiqə Tağıyeva tarix dərsi ərzində Xocalı faciəsi haqqında məktəblilərə ətraflı məlumatlar verib. Həmçinin vurğulanıb ki, erməni quldurlarının xalqımıza qarşı törətdikləri cinayət əməlləri unudulmamalı, faciə və onun günahsız qurbanlarının acı taleyi gənc nəslin nümayəndələrinə öyrədilməlidir.

Onlayn tarix dərsindən sonra məktəblilər Xocalı soyqırımına həsr olunmuş şeirlər səsləndiriblər. Bununla yanaşı, istedadlı şagirdlərin Xocalı faciəsini özündə əks etdirən rəsm işləri onlayn qaydada sərgilənib.

Dərsin sonunda məktəblilərlə mövzu ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

Keçidlər