Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda süni mayalandırma

07 aprel 2021 | 16:00

Masallıda süni mayalandırma yolu ilə son üç ayda 617 baş buzov alınıb

Masallı rayonunda heyvandarlıq kənd təsərrüfatının aparıcı sahələrindəndir və son illər mal-qaranın cins tərkibini süni mayalandırma yolu ilə daha məhsuldar heyvanlarla dəyişdirilməsi istiqamətində məqsədyönlü iş aparılır.

Rayon statistika idarəsindən verilən məlumatda bildirilir ki, təkcə 2021-ci ilin ilk üç ayında 532 baş inək və düyə süni yolla mayalandırılıb, 617 baş cinsi yaxşılaşdırılmış bala alınıb.

Qeyd edək ki, rayonda hazırda 5-i əsas olmaqla, 5 süni mayalandırma məntəqəsi fəaliyyət göstərir. Bu məntəqələrdə təcrübəli, peşəkar mütəxəssislər işləyirlər. Doğulan hər bir buzova görə dövlət tərəfindən verilən subsidiya fermerlərin və fiziki şəxslərin inək və düyələrin süni mayalandırılmasına marağını artırıb.

Keçidlər