Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda arpa biçininə başlanılıb

07 iyun 2021 | 16:00

Bir neçə gündür Masallı rayonunun taxıl sahələrində arpa biçini kampaniyasına başlanılıb.

Cari ildə Masallıda 6878 hektar sahədə buğda, 2770 hektar sahədə arpa, 2680 hektar sahədə vələmir biçini aparılacaq.

Məhsul yığımı kampaniyasını keyfiyyətlə və optimal müddətdə başa vurmaq üçün taxıl sahələrinə 28 kombayn cəlb edilib. Qısa müddətdə, 7 iyun 2021-ci il tarixə kimi rayonda 1921 hektardan çox sahədə arpa biçilib, 4124,9 ton məhsul tədarük olunub.

Biçin kampaniyasında rayonun taxılçılıqla məşğul olan fernerləri fəallıq nümayiş etdirirlər.

Keçidlər