Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda çəltik yığımına başlanılıb

13 sentyabr 2021 | 16:00

Masallı rayonunda çəltik biçininə başlanılıb
        Ölkəmizdə aqrar sektorda işləyənlərə göstərilən dövlət dəstəyi regionlarda, o cümlədən Masallı rayonunda kənd təsərrüfatının bütün sahələrinin, eləcə də çəltikçiliyün inkişafına marağı artırıb.Masallıda ənənəvi təsərrüfat sahələrindən olan çəltikçilik yenidən bərpa edilib.
Rayon statistika idarəsindən bildirib ki, 2021-ci ildə rayonda 281.6 hektar çəltik əkilmişdir. Rayonda çəltik yığımına başlanılıb. Bu günə 21 hektarda çəltik biçini aparılıb. Biçilən sahələrdən 49.5 ton məhsul yığılmışdır. Hər hektardan orta məhsuldarlıq 23.6 sentener təşkil edir.

Keçidlər