Şriftin ölçüsü :

Saytın rəngi :

MASALLININ BOL BƏHRƏLİ MEYVƏ BAĞLARI

14 sentyabr 2021 | 16:00

Masallının meyvə bağlarında məhsul yığımı davam edir. İndiyədək bağlardan 938,7 tondan çox məhsul yığılıb.

Masallı Rayon Statistika İdarəsindən verilən məlumatda bildirilir ki, yığılmış məhsulun 112 tonunu alma, 122,2 tonunu armud, 6,4 tonunu ərik, 36,5 tonunu limon, 233,3 tonunu alça, 13,8 tonunu gilas, 243,5 tonunu gavalı, 11,5 tonunu şaftalı, 21 tonunu heyva, 138,5 tonunu digər meyvələr təşkil edir.

Bağbanlar, həmçinin sahələrdən 1440 ton giləmeyvə toplayıblar.

Rayonda meyvə yığımı ilin sonunadək davam edəcək.

Keçidlər