Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsinin birinci ildönümü

13 oktyabr 2021 | 16:00

Vətən müharibəsinin birinci ildönümü ilə əlaqədar növbəti tədbir keçirildi.

Masallı Tarix-Diyarşünaslıq muzeyində Vətən müharibəsinin birinci dönümü ilə əlaqədar “Tarix yazan igidlərimiz” başlıqı altında növbəti dəyirmi masa keçirildi.Tədbirdə gənclər, mədəniyyət işçiləri və müharibə iştiraçıları iştirak etdilər.

İlk öncə torpaqlarımız uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbiri giriş sözü ilə açan muzeyin direktoru Əntiqə Tağıyeva istər birinci Qarabağ, istər Vətən müharibəsi dönəmində dövlət və xalqın birgə mübarizəsini və birliyinin əzmindən geniş danışdı.

Sonra Vətən müharibəsinin iştirakçıları Xansuvarov Fərrux və Nəzərov Fərid o ağır günlərin çətin anlarından və eyni zamanda döyüş xatirələrindən fəxr hissi keçirdiklərindən,dövlət tərəfindən onlara böyük qayğı ilə yanaşmalarından danışdılar.Göstərilən qayğı və diqqətə görə dövlət başçısına öz minnətdarlıqlarını bildirdilər.

Tədbirin sonunda iştirakçılarla xatirə şəkilləri çəkildi.

Keçidlər