Şriftin ölçüsü :

Saytın rəngi :

Qəzvinoba məktəbinin tikintisi barədə

21 oktyabr 2021 | 16:00

Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi məlumatına əsasən Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 26 fevral tarixli 2522 nömrəli Sərəncamına uyğun olaraq Masallı rayon Qəzvinoba kəndində 180 şagird yerlik ümumi orta məktəbin tikintisi nəzərdə tutulmuşdur.

İlkin sənədləşmə işinin aparılması ilə bağlı Azərbaycan Respublikası Təhsil Nazirliyinin müraciətinə Masallı rayon İcra hakimiyyətində baxılmış, tələb olunan sənəd və məlumatlar nazirliyə təqdim olunmuşdur. Hazırda Təhsil nazirliyi tərəfindən bu istiqamətdə müvafiq işlər görülür.

Keçidlər