Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda şəhid ailələləri ilə görüş

22 oktyabr 2021 | 16:00

22 oktyabr 2021-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Gəncliyə Yardım Fondunun birgə təşkilatçılığı ilə şəhid ailələri ilə görüş keçirilib.
İlk öncə ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Masallı rayon İcra hakimiyyətinin başçısı Şahin Məmmədov, Milli Məclisin deputatı, Professor Anar İsgəndərov, Gəncliyə Yardım Fondunun şöbə müdiri Zəka Şahin, Milli Məclisin deputatı Məşhur Məmmədov, şəhid atası Aqil Mikayıllı və başqaları çıxış edərək  qeyd ediblər ki, Azərbaycan xalqının möhtəşəm tarixi Qarabağ Zəfəri ilə yekunlaşan 44 günlük Vətən müharibəsi müstəqil Azərbaycanın hərb tarixinə qızıl hərflərlə həkk olunan şanlı Qələbə səhifəsidir. Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü və torpaqlarımızın işğaldan azad olunması uğrunda qəhrəmancasına döyüşərək həlak olan şəhidlərimizin əbədiyaşar əziz xatirəsi daima yaşayacaq və gələcək nəsillər də bu igidlərimizin şərəfli həyat və döyüş yolunu öyrənəcək və örnək götürəcəklər. Xüsusi vurğulanıb ki, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bilavasitə göstərişi əsasında şəhid və qazi ailələrinə yüksək səviyyədə xüsusi diqqət və qayğı göstərilir, onların sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində kompleks və davamlı tədbirlər həyata keçirilir. Bu kontekstdə Masallı rayonunda görülən işlər, şəhid və qazi ailələrinin daim xüsusi diqqət mərkəzində saxlanılması, hər bir şəhidin adının əbədiləşdirilməsi üçün doğulub boya-başa çatdıqları küçədə, kənddə inşa olunan və şəhidlərimizin adını daşıyan bulaq və xatirə lövhələri, şəhərin Qəhrəmanlar Parkında yenidən qurulan abidə kompleksi bunun bariz nümunəsidir.
İclasdan sonra rayon rəhbərliyi, deputatlar və Fondun şöbə müdiri şəhid ailələri ilə səmimi söhbət əsnasında, onların gündəlik qayğıları ilə maraqlanıb, hər bir ailəyə Gəncliyə Yardım Fondu tərəfindən şəhidin adına özəl olaraq hazırlanmış “Qurani-Kərim” və Azərbaycan-Türkiyə bayraqları olan dəsti hədiyyə ediblər.
Tədbirin sonunda şəhid ailələri onlara göstərilən yüksək diqqət və qayğıya görə ölkə Başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, rayon rəhbərliyinə və qonağa dərin minnətdarlıqlarını ifadə ediblər.

 

 

Keçidlər