Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Cavad Babayev – 23

28 noyabr 2021 | 16:00

28 noyabr 2021-ci il tarixdə Masallı rayon Qızılağac kəndində Vətən Müharibəsi şəhidi Cavad Gülverdi oğlu Babayevin doğum gününə həsr olunmuş tədbir keçirildi.

Tədbirdə Masallı rayon İcra hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qəşəm Hadıyev, Masallı rayon İcra hakimiyyəti başçısının Qızılağac kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Elşad Abbasov, ağsaqqallar, şəhid ailələri, ziyalılar və məktəblilər iştirak etmişdir.
İlk öncə tədbir iştirakçıları Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman şəhidləri bir dəqiqəlik sükutla yad etdilər. Sonra tədbir iştirakçıları şəhid Cavad Babayevə həsr olunmuş otağa baxış keçirərək qəhrəmanın ailəsi ilə xatirələrini bölüşdülər.
Tədbir şəhidin məzarını ziyarət, məktəblilər vətənpərvərlik mövzularında şerlər deməsi və şəhidlərin ruhuna duaların oxunması ilə yekunlaşdı.

Keçidlər