Şriftin ölçüsü :

Saytın rəngi :

Mahmudavar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin hesabatı

23 yanvar 2016 | 16:00

23 yanvar 2016-cı il tarixdə Masallı rayonu Mahmudavar kəndində Masallı rayon İcra hakimiyyəti başçısının Mahmudavar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Fariz Fərəcovun “2015-ci ildə görülmüş işlər və 2016-cı ildə qarşıda duran vəzifələr” mövzusunda hesabat yığıncağı keçirilmişdir.
  F. Fərəcov hesabat yığıncağında məruzə ilə çıxış edərək bildirmişdir ki, yola saldığımız 2015-ci il respublikamızın müstəqillik tarixinə uğurlarla zəngin bir il kimi yadda qaldı. Azərbaycan 2015-ci ildə də iqtisadi inkişafa nail olmuş, beynəlxalq mövqelərini möhkəmləndirmişdir. Əvvəlki illərdə olduğu kimi, bu ildə də sosial-iqtisadi həyatda nəzərə çarpan müsbət irəliləyişlər ölkə Prezidenti cənab İlham Əliyevin düşünülmüş düzgün siyasi kursunun məntiqi nəticəsi kimi qiymətləndiriləcək, ölkəmizin tərəqqisi, əhalinin rifah halının daha da yaxşılaşdırılması, Azərbaycanın beynəlxalq nüfuzunun əhəmiyyətli dərəcədə yüksəlməsi, milli və dövlətçilik maraqlarının təmin olunması kimi mühüm hadisələrlə əlamətdar olmuşdur. 2016-cı ildə Bakıda bir neçə mötəbər tədbirin, o cümlədən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun keçiriləcəyini, ölkəmizin tolerantlıq ənənələrinə, mədəniyyətlər və sivilizasiyalararası dəyərlərə mühüm töhfələr verdiyini nəzərə alaraq Prezident İlham Əliyev 2016-cı ili Azərbaycanda “Multikulturalizm ili” elan etmişdir.
Ulu öndərin qurub-yaratdığı, müstəqilliyə qovuşdurduğu Azərbaycan hazırda Prezident İlham Əliyevin rəhbərliyi altında dinamik inkişaf edir, qarşıya qoyduğu hədəflərə doğru inamla irəliləyir. Respublikamız ümumbəşəri dəyərlərə əsaslanaraq mütərəqqi inkişaf kursu seçməklə demokratikləşmə, insan hüquq və azadlıqlarının təminatı sahəsində ciddi nailiyyətlərə imza atmışdır.
2015-ci il Respublikamızda əldə olunan uğurlar və əlamətdar hadisələrlə yanaşı rayonumuz üçün də yadda qalan il olmuşdur. “Regionların sosial iqtisadi inkişafı Dövlət proqramı”na uyğun olaraq rayonumuzda da xeyli quruculuq işləri aparılmışdır. Bu abadlıq və quruculuq işləri hörmətli başçımız cənab Rafil Hüseynovun gərgin əməyi nəticəsində uğurla həyata keçirilir. Respublikamızın hər yerində olduğu kimi rayonumuzda da 2015-ci il sosial-iqtisadi inkişaf göstəricilərinə görə uğurlu olmuş, tikinti-quruculuq, abadlıq işlərinin davam etdirilməsi üçün ardıcıl tədbirlər həyata keçirilmişdir. Hazırda rayonun inkişaf proqramında nəzərdə tutulmuş sosial-mədəni obyektlərin tikintisi davam etdirilir. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının uğurlu icrası nəticəsində Masallı rayonu üzrə nəzərdə tutulan tədbirlər yerinə yetirilmiş və əsas makroiqtisadi göstəricilər üzrə müsbət dinamika əldə olunmuşdur. Son illər ölkə rəhbəliyinin rayonumuza olan diqqət və qayğının nəticəsidir ki, rayonumuzda yeni məktəb binalarının tikintisi və əsaslı təmiri, uşaq bağçalarının tikintisi və əsaslı təmiri, xəstəxananın əsaslı təmiri və bir neçə kəndlərdə tibb məntəqəsinin tikilərək istifadəyə verilməsi və s. binaların tikintisi və əsaslı təmiri davam edir. Ümumlikdə görülən işlərdə Masallı RİHB-sı cənab Rafil Hüseynovun böyük təşkilatçılıq bacarığı və tələbkarlığı rayonumuzun ümumi ab-havasını dəyişmiş, nəticədə hər bir rəhbər işçinin məsuliyyəti artmışdır.
Mahmudavar kənd inzibati ərazi dairəsi rayon mərkəzIndən 20 km aralı məsafədə Lənkəran rayonu ilə həmsərhəddir. Ərazinin mərkəzi Mahmudavar kəndi olmaqla 3 yaşayış məntəqəsini: Mahmudavar, Rüdəkənar və Mololon kəndlərini əhatə edir.
Ərazisinin ümumi sahəsi 1570 ha, təsərrüfatların sayı 2295, əhalisinin sayı 6875 nəfər, bunlardan 3530 nəfər kişi, 3345 nəfər isə qadındır, 1864 fərdi yaşayış evi vardır. Əhalinin əsas məşğuliyyəti əkinçilik və maldarlıqdır.
Mahmuadavar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi öz işini Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2012-ci il tarixli 648 saylı Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyəti haqqında” Əsasnaməyə uyğun olaraq qurmuş, fəraliyyətində ardıcıllığı və konkretliyi nəzərə alaraq illik və rüblük iş planları tərtib etmiş, tədbirlər planları hazırlamışdır. Mahmudavar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən illik və rüblük iş planlarına əsasən səlahiyyətləri daxilində 2015-ci ildə 11 əmr, 65 sərəncam imzalanmış və onların icrasına ardıcıl nəzarət edilmişdir. Sərəncamlar əsasən Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarından, rayon icra hakimiyyəti başçısının əmr və sərəncamlarından irəli gələn vəzifələrin yerinə yetirilməsi, ərazinin siosial-iqtisadi inkişafı, vətəndaşların müraciətlərinə baxılmasının yaxşılaşdırılması, hər il yanvarın 1-i vəziyyətinə təsərrüfatbaşına katabların dürüstləşdirilməsi, tarixi gün və bayramların qeyd edilməsi, kütləvi tədbirlərin keçirilməsi, qanunsuz tikililər və azyaşlı qızların erkən ailə həyatı qurmasının qarşısının alınması və digər  cari məsələlər barədə olmuşdur.
Nümayəndəlikdə “Dövlət icra hakimiyyəti orqanlarında, idarə, müəssisə və təşkilatlarda kargüzarlığın aparılması qaydası haqqında” təlimata və iş nomenkulaturasına uyğun olaraq qeydiyyat kitabları həmçinin sənədlərin saxlanılması qovluqları açılmışdır.
2015-ci ildə nümayəndəliyə müxtəlif təşkilatlardan 65 sənəd-məktub daxil olmuşdur. Daxil olmuş sənədlərə təlimata uyğun olaraq dərkənar qoyulmiş, daxilə ştempi vurularaq qeydiyyata alınmışdır. Məlumat xarakterli sənədlər rəhbərlik və icra üçün işə alınmış, cavablandırılması tələb olunan sənəd - məktubların icrası vaxtında  təmin edilmiş, icra barədə yekun arayış yazılmışdır.
Ərazi nümayəndəliyi tərəfindən hesabat ilində “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanunu”na və “Yerli icra hakimiyyəti haqqında” Əsasnaməyə uyğun olaraq vətəndaşların müraciətlərinə baxılması üçün ardıcıl iş aparılmışdır. Nümayəndəlikdə vətəndaşların hər bir müraciəti diqqətlə dinlənilir və onların haqlı tələblərini operativ həll etməyə daim səy göstərilir. Buna baxmayaraq ərazidən respublikanın yuxarı instansiyalarına, rayon icra hakimiyyətinə vətəndaşlarımız tərəfindən müraciətlər az olmamışdır.
2015-ci ildə Mahmudavar kənd inzibati ərazi dairəsi üzrə yuxarı rəhbər orqanlarına 116 müraciət olmuşdur. Bundan Azərbaycan Respublikası Prezident Administrasiyasına 40 müraciət, Azərbaycan Respublikası Nazirlər Kabinetinə 1 müraciət, Azərbaycan Respublikası Baş Prokurorluğuna 1 müraciət,  Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinə 1 müraciət, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidmətinə 1 müraciət, Azərbaycan Respublikası Milli Məclisə 1 müraciət, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə 2 müraciət, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə 1 müraciət, Rayon icra hakimiyyətinə birbaşa daxil olan 22 müraciət, rayon icra hakimiyətinin qəbulunda 41 vətəndaş, səyyar qəbulunda 4, virtual qəbulunda isə 1 vətəndaş olmuşdur. Hesabat ilində ərazi nümayəndəliyinə isə 68 müraciət daxil olmuş, bu müraciətlərdən 23 yazılı, 45-i şifahi müraciət olmuşdur. Bütün bunlarla yanaşı ərazidə vətəndaşları narahat edən problemlərə daha obyektiv və yerində baxmaqdan ötrü Masallı RİH-nin başçısı cənab Rafil Hüseynovun 2015-ci ilin Mahmudavar kəndində sakinlərlə görüşmüş, müraciyət olunan problemləri aradan qaldırmaqdan ötrü rayon rəhbərliyi özünün müvafiq tapşırıq və tövsiyələrini vermişdir. Müraciyətlərin icrası haqqında daha ətraflı Mahmudavar icra nümayəndəsinin müavini Cəmaləddin Ağayev açıqlaması ilə geniş izahat verəcəkdir. 
Nümayəndəlık tərəfindən “Təhsil haqqında” Azərbaycan Respublikası Qanunundan irəli gələn vəzifələrin yerinə yetirilməsində daima diqqət mərkəzində saxlamışdır.
Mahmudavar ərazisində iki tam orta məktəb, iki ümumi orta məktəb fəaliyyət göstərir. Məktəblərdə 798 şagird təhsil alır, onların təlim tərbiyyəsi ilə 101 müəllim məşgul olur. 2014-2015-ci tədris ilində ümumi orta məktəblər üzrə 21, tam otra məktəblər üzrə 25 məzun olmuşdur. Həmin məzunlardan 6 nəfər ali məktəbə, 2 nəfər isə orta ixtisas məktəblərinə daxil olmuşdur. 2015-ci ilin nəticələrinə görə Rüdəkənar tam orta məktəbi ali məktəblərə qəbula görə yüksək nəticə göstərmişdir.
Hesabat ilində ərazi nümayəndəliyi tərəfindən məktəblərdə şagirdlərin dərəsə dəvamiyyətinə, tədrisin keyfiyyətinə nəzarət olunmuşdur. Məlum olmuşdur ki, bütün məktəblərdə yuxarı sinif şagirdlərin dərslərə davamiyyəti keçən ilə nisbətən yaxşıdır. Məktəblərimizdə vətənpərvərlik tərbiyəsi daha da yüksək olmalıdır. Hər bir məktəb rəhbərliyi və müəllimlər bu sahədə öz işlərini  gücləndirməlidirlər. Şagirdlərin əxlaqı və mənəvi dəyərlərimizə daha mükəmməl yiyələnməsi üçün ardıcıl işlər görülməlidir. Hər bir müəllim bilməlidir ki, bu gün orta məktəblərin vəzifəsi ali məktəblərə daxil olaraq bir ziyalı yetişdirməklə yanaşı, elini, obasını, millətini, vətənini, torpağını, dövlətini sevən əsil vətəndaş yetişdirməkdir.
Ərazidə 60 yerlik Mahmudavar uşaq bağçası fəaliyyət göstərir. Uşaq bağçasında 17 nəfər işçi çalışır, 6 tərbiyəçi 3 qrupdan ibarət 60 uşağın təlim-tərbiyəsilə məşğul olur. Bağçada isti yeməklərin verilməsini, həm də uşaqların bağçaya gəlişinə daim nəzarət edilir. 2015-ci ildə bağçada daxili imkanlar və dövlət tərəfindən ayrılmış vəsaitə əsasən 3 otaq cari təmir olunmuşdur. Yaradılmış şərayit bir daha bağçada çalışanlarda gələcəyimiz olan uşaqlarımızın təlim-tərbiyəsində daha da məsuliyyət hissini artırmışdır. Lakin uşaq bağçasının işinin keyfiyyətini artırmaq məqsədi ilə mütəmadi olaraq işlər görülsədə, Mahmudavar uşaq bağçasının ciddi təmirə ehtiyacı vardır.
Mahmudavar kənd inzibati ərazi  dairəsi üzrə nümayəndəlikdə 1 mədəniyyət evi və 2 kitabxana da fəaliyyət gösətrir. Respublikanın demək olar ki, bütün rayonlarında və bir çox xarici ölkələrda rayonumuzu təmsil edən “Halay folklor ansamblı”nın uğurlu çıxışlarını xüsusi olaraq qeyd olunmalıdır.
Mahmudavar kənd kitabxanası isə ərazi nümayəndəliyinin binasında yerləşir. Kənd sakinlərinin kitabxanadan müxtəlif sahələrə aid kitablardan yararlanması qənaətbəxş hesab etmək olar.
Mahmudavar ərazisində olan həkim məntəqəsi icra nümayəndəliyinin yanında müasir tələblərə cavab verən formada inşa olunmuşdur. Məntəqənin fəaliyyəti demək olar ki, tam normaldır. Həkim məhtəqəsində 11 tibbi personaj fəaliyyət göstərir. Həkim məntəqəsinə ali təhsilli həkim rəhbərlik edir, onun tələbkarlığı məntəqənin ümumi ab-havasını dəyişmiş, nəticədə rəhbərlik etdiyi hər bir tibb işçisinin məsuliyyəti artmışdır. Ərazi üzrə 74 doğum faktı qeydə alınmışdır. Ərazidə evdə azad olma halları tamamilə aradan qaldırılmış, doğuşların hamısı xəstəxanada həyata keçirilir, il ərzində heç bir yeni doğulmuş körpənin və ananın ölümü ilə nəticələnən hadisə baş verməmişdir. Ərazidə vaxtında peyvənd işləri görülmüş, məktəblilər arasında vərəmə qarşı mantu sınağı vaxtında aparılmışdır. Ümidvarıq ki, bundan sonra da tibb işçilərimiz əhaliyə göstərilən səhiyyənin xidmətinin keyfiyyətini daha da yaxşılaşdıracaqlar.
Mahmudavar kənd inzibati ərazi nümayəndəliyi qanunla müəyyən edilmiş qaydada “Yerli icra hakimiyyəti haqqında” və “Ailə Məcəlləsinə” əsasən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı aparmışdır. 2015-ci ildə ümumilikdə tərəfimizdən 25 nigah, 74 doğum və 25 ölüm faktı qeydiyyata alınmışdır. Vətəndaşların vəziyyəti aktlarının dövlət qeydiyyatının hamısı qanuna müvafiq qaydada aparılmışdır.
Nigahla bağlı rəsmi olaraq 25 nigah qeydə alınmışdır ki, bu da keçən ilə nisbətən 6 rəsmi nigahın az olmasıdır. Ərazidə yeni ailə həyatı quranların 30-35 faizi rəsmi nigah bağlamadan ailə həyatı qururlar. Son illərdə ərazidə azyaşlı qızların erkən nigahlarının qarşısının alınmasından ötrü bir sıra tədbirlər həyata keçirilsədə, bu sahədə də əfsuslar olsun ki, hələdə nöqsanlarımız vardır. Ərazi nümayəndəliyi və məktəblərdə çalışan müəllim kollektivləri ilə birgə keçirilən bütün tədbirlərimizdə bu vacib məsələyə toxunmuş və valideynlərə öz övladlarını erkən nigaha girməməyi tələb etməklə bunun arzu olunmaz fəsadlara gətirib çıxarması nəzərlərinə çatdırılmışdır. Erkən yaşda ailə quran qızların əksəriyyətinin sağlamlığında böyük problemlər yaranır, onların xəstə uşaq dünyaya gətirmək ehtimalı böyük olur, digər tərəfdən psixoloji cəhətdən çox zəif olurlar. Həmçinin, hamıya məlumdur ki, erkən nigah savadsızlığın da artmasına səbəb olur. Çünki erkən nigaha daxil olan qızların əksəriyyəti, demək olar ki, hamısı nəinki ali təhsil, tam orta təhsil belə almırlar. Bu da müəyyən dərəcədə də olsa, cəmiyyət üçün bir itki hesab olunur. Fikrimcə hər hansı bir qız orta və ya ali məktəbi bitirib işləməsə belə, gələcəyin anası kimi təhsilli olması daha çox vacib olan haldır.
Məlumat üçün bildirirəm ki, nigaha daxil olmaq istəyən şəxslər artıq məcburi olaraq tibbi müayinədən keçməlidir. Bu qanun ölkə prezidentinin 2014-cü il 15 aprel tarixində imzaladığı fərmana əsasən həyata keçirilir. 2015-ci ilin İyunun 1-dən Azərbaycanda nikaha daxil olmaq istəyən şəxslərin icbari tibbi müayinədən keçmələrilə bağli tələblər qüvvəyə minmişdir. Nikaha daxil olmaq istəyən şəxslərin hər biri Talassemiya, QİÇS və siflisə görə tibbi müayinədən keçməlidirlər. Tibbi arayış, nikaha daxil olmaq istəyən şəxslərə, tibb müəssisəsinə müraciət etdikləri gündən iki həftədən gec olmayaraq verilir. Qeyd edək ki, veriləcək tibbi arayışın etibarlılıq müddəti isə bir aydır. Ərazidə azyaşlı qızların erkən ailə həyatı qurmasının qarşısının alınması Nümayəndəliyin daim diqqət mərkəzində olmuş, bununla əlaqədar nümayəndəlikdə komissiya yaradılmış, məktəb rəhbərləri, din xadimləri və ərazidə işləyən həkimlər həmin komissyaya cəlb olunmuşdur. Komissiya üzvləri valideynlərlə görüş təşkil edir, dövlətimizin müvafiq qanunlarını onlara izah edir. İctimaiyyətdə, məktəblərdə və mərasimlərdə bu mövzu ilə əlaqədar daim təbliğat işləri aparılır. Nəticədə ərazidə bu xoşagəlməz halların sayı azalmışdır. Azyaşlı qızların erkən ailə həyatı qurması məsələsində məktəb direktorları, müəssisə rəhbərləri laqeyd münasibət göstərməməlidirlər. Onlara bir vəzifə kimi tərəfimizdən tapşırılmışdır. İndi də birdaha bildirirəm ki, belə halların baş verilmə ehtimalı olarsa dərhal qarşısının alınması üçün icra nümayəndəliyinə rəsmi və ya qeyri rəsmi məlumat versinlər.
Mahmudavar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi gənclərin asudə vaxtlarının səmərəli keçirilməsindən ötrü də bir sıra əlavə tədbirlər həyata keçirir. Bu məqsədlə, hər il ənənəvi olaraq ulu öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş mini futbol turnirində Mahmudavar komandası da dəvət olunur. Qaliblərə rayon Gənclər və İdman idarəsinin fəxri fərmanları və xeyriyyəçilər tərəfindən pul mükafatları verilir. Daha sonra yeni tikilmiş Mahmudavar ümumi orta məktəbinin idman zalında gənclərdən ibarət valeybol komandası yaradılmış və oyunlar təşkil olunmuşdur. Gənclərin sağlam ruhda böyüməsi üçün onlarda idmana daha böyük marağ yaratmalıyıq. Demək olar ki, bütün kütləvi tədbirlərdə gənclərin milli-mənəvi dəyərlərə yiyələnməsindən ötrü təbliğat işləri və söhbətlər aparılır, çalışırıq ki, gənc nəsil əsil azərbaycan vətəndaşı kimi yetişsin. Bu məqsədlə gənclərimizin vətənpərvərlik tərbiyəsinə, onların orduya çağırışına xüsusi diqqət edirik. Vətənpərvərlik istiqamətində Cənab Prezidentimizin sərəncamına uyğun olaraq gənclərin ordu sıralarına yola salınma prosesi də ərazimizdə uğurla həyata keçirilir. Belə ki, 2015-ci ildə ərazimiz hərbiyə çağırışda heç bir nöqsana yol verməmişdir. Gənclərimiz də böyük həvəslə azərbaycan ordusunda xidmətə gedirlər. İl ərzində həqiqi hərbi xidmətə 29 nəfər çağırılmış, onlardan 22 nəfəri hərbi xidmətə getmələri təmin edilmişdir. 2015-ci ildə olan çağırışçılardan 3 nəfər ali təhsil müəssisəsinə daxil olmuş, 3 nəfəri əlilliyə görə, 1 nəfəri isə Rusiya Federasiyasında olduğundan orduya getməmişlər. Tərəfimizdən həmin şəxslər müəyyənləşdirilmiş və aidiyyatı üzrə tədbir görülməsi üçün, rayon Çağırış və Səfərbərlik komissiyasına akt təqdim edilmişdir.
Bunu da qeyd etmək yerinə düşərdi ki, bəzi halda din pərdəsi altında öz möhvumatçılıq niyyətlərini həyata keçirmək üçün gənclərdən istifadə olunur, bu baxımdan gənclərimiz aldanmamalıdırlar. Bununla əlaqədar belə insanlara qarşı daha sərt tədbirlər görülməlidir və görüləcəkdir. Bunu hamı bilməlidir ki, din dünyagörüşüdür, mənəvi paklıq və ruhumuzla bağlı olan bir məsələdir və bizim dinimizin heç bir reklama və avantürüzmə ehtiyacı yoxdur.
Mahmudavar ərazisində “Yerli İcra hakimiyyətləri haqqında Əsasnamə”yə uyğun olaraq kommunal xidmətin təşkili üçün müəyyən işlər görülmüş, lakin bu sahədə hələ çox işlər görülməlidir. Hazırda 3 ilə yaxındır ki, Mahmudavar ərazisində zibillər yığılır. Müasir dövrün əsas problemi olan kommunal tullantılarının yığılmasında görülən bu işləri Mahmudavar sakinləri bəyənirlər. Bu sahədə də bəzi çətinliklərimiz vardır ki, əksər vətəndaşlarımız bu işdə bizə dəstək olmurlar. Dəfələrlə deyilsə də hələ də su aparıcı kanallara və kəndin müxtəlif yerlərində zibillərin atılmasının şahidi oluruq. Bu xoşagəlməz mənzərəni yaradan vətəndaşlardan xahiş edirik ki, bu hallara son qoysunlar, əks təqdirdə onlar barəsində inzibati qayda da tədbir görüləcəkdir.
Nümayəndəlik ərazidə fəaliyyət göstərən Mahmudavar bələdiyyəsi ilə birgə fəaliyyət göstərir. Yeni formalaşmış bələdiyyə öz işini yenidən qurmalıdır, yaxın günlərdə Mahmudavar bələdiyyəsi zibillərin yığılması ilə bağlı hər bir təsərrüfatlarla müqavilə bağlayacaqdır. Bələdiyyə üzvləri də bu vacib məsələyə bir qədər laqeyid münasibət göstərməyəcəklər. Qeyd edim ki, cənab başçının biləvasitə əməyi nəticəsində Masallı rayonunda zibil emalı zavodu tikilmişdir ki, hazırda  Mahmudavar bələdiyyəsi Masallı rayon mənzil komunal təsərrüfat istehsalat birliyi ilə müqavilə bağladıqdan sonra zibillərin bir yerə yığılmasında olan bəzi çətinliklərimizə son qoyulmuşdur. Həmçinin, bələdiyyə artıq öz gəlirlərini artırmaq üçün ancaq torpaq satılmasına bel bağlamır. Bunun üçün bələdiyyə əhalidən alınan torpaq və əmlak vergilərinin yığılmasına start verərək öz fəallığını artırmışdır. Əhalinin hər şeydən əvvəl əmlakı qiymətləndirilməlidir. Bu işə ötən ildə başlanıldı və xeyli iş də görüldü. 2015 – ci ildə sakinlərimizin əmlak və torpaq vergilərinin verilməsində passivlik qeydə alınsa da 2016-cı ildə bu vergilərin verilməsində daha fəal olmaları xahiş olunur.
2015-ci ildə qanunçuluğun qorunması sahəsində  görülən işlərdən danışarkən onu da qeyd etməliyəm ki, ərazimizdə zəbt olunmuş torpaqlar və qanunsuz tikililər barədə də tərəfimizdən müəyyən işlər görülmüşdür. Qanunsuz tikililərin qarşısının alınması istiqamətində bələdiyyə ilə birlikdə tədbirlər görülür. Son bir ildə 5 qanunsuz tikili aktlaşdırılaraq tikintisi dayandırılmış və sənədləşməyə cəlb olunmuşdur. Bu qanunsuz tikililərdən 4 – ü sənədləşdirilmiş, 1-i isə inzibati komissiyaya təqdim olunmuşdur. 7 vətəndaş haqqında zəbtlə bağlı bağlanmış aktlar Masallı rayon Torpaq və Xəritəçəkmə şöbəsinə göndərilmişdir. Zəbt edilmiş torpaqlardan 6 vətəndaş öz torpağını artıq sənədləşdirməyə başlamış, qalan 1 vətəndaş barəsində isə akt tərtib edilərək İcra hakimiyyəti yanında inzibati komissiyaya verilmişdir. Qanunçuluğun qorunması üçün görülən tədbirlər bu il də davam etdiriləcəkdir. 
İslahat zamanı Mahmudavarda 667,16 ha,  Rüdəkənarda 120 ha, Mololonda 7,9 ha olmaqla 795,06 ha sakinlərimizə pay torpağı verilmişdir. 2015-ci ildə sakinlərimiz tərəfindən pay torpaqlarında buğda, çəltik, arpa, əkmə yonca, qarğadalı, kartof, kivi, mandarin, fexoa və s. olmaqla 150 ha torpaq əkilmişdir. Əhalinin əsas məşğuliyyəti əkinçilik və maldarlıq olduğundan qalan 645,06 ha pay torpaqları Mal-qara üçün otlaq sahə kimi saxlanılır. Ərazidə 01 yanvar 2016-cı il dürüstləşməsinə əsasən iri buynuzlu mal-qaranın sayı 3390 baş, xırda buynuzlu mal-qaranın sayı 3735 baş olmuşdur. Sahə baytar həkimləri ərazidə vaxtlı-vaxtında mal-qara arasında müxtəlif heyvan xəstəliklərinə qarşı dabaq, qara yara, çiçək, quşlarda taun-peyvənd işləri aparılmışdır amma, buna baxmayaraq vətəndaşlar tərəfindən nümayəndəliyə ev quşlarının, xırda və iri buynuzlu mal-qaranın tələf olunması ilə müraciyətlərinə əsasən, tərəfimizdən rayon baytarlıq şöbəsinə köməklik köstərməkləri üçün müraciyət olunmuş və vaksinlər vurulmuşdur. Bütün bu səylətimizə baxmayaraq bir neçə baş mal-qara və xeyli sayda ev quşları tələf olmuşdur.
Mahmudavar ərazisində yaşıllaşdırma işi ilə bağlı az da olsa işlər görülmüşdür. Ümumilikdə Ərazi nümayəndəliyi, Bələdiyyə, Məktəblər, Bağça daxil olmaqla 200 dən çox ağac əkilərək qorunur.
Respublikamızda sahibkarlığa yaradılmış münbit şərait nəticəsində sahibkarlıq inkişaf edir. Ərazimizdə  “Pal-süd” qəbul məntəqəsi, “Baba bulağı” istirahət zonası və 40 - dən çox sahibkarlıq obyekti vardır. Təkcə “Pal-süd” məntəqəsində 8 nəfər, “Baba bulağında” isə 7 nəfər daimi işlə təmin olunmuşdur.  Ərazidə bütün ticarət və xidmət obyektləri, əhaliyə nümunəvi xidmət göstərməyə səylə çalışırlar.
Bildiyiniz kimi, 2015-ci ildə 5-ci çağırış Milli Məclisə seçkilər keçirilmışdir. Ərazimizdə 5 seçki məntqəsi olmaqla 3243 seçici qeydiyyata alınmışdır. Həmişəki kimi bu siyasi kompaniyada da əhali seçkidə fəllığ göstərmişdir. Seçki zamanı dəqiqləşmədə məlum olmuşdur ki, hal-hazırda ərazimizdə əhalinin ümumi sayı 6875 nəfər, yaş tərkibinə görə isə aşağıdakı kimidir: 0 – 6 yaş arası – 508 nəfər,  7 – 18 yaş arası – 1011 nəfər, 18 – dan yuxarı – 5356 nəfər təşkil etmişdir. Rəsmi olaraq 1197 nəfər isə respublikadan kənarda yaşayır.
Ərazidə enerji istifadəçilərinin ümumi sayı 1772, Mahmudavar üzrə 1443 abonent - bunlardanda 250 passiv, Rüdəkənar üzrə 233 abonent – bunlardan 36 passiv, Mololon üzrə 96 abonenet – bunlardan da 22 passivdir. Rüdəkənar ərazisində əhalini dayanıqlı elektrik enerjisi ilə təmin etmək məqsədilə cənab Prezidentimizin göstərişinə əsasən mini elektrik stansiya inşa edilmişdir. Orada gedən tikinti işləri ilə daim maraqlanır və nəzarətdə saxlayırıq. Artıq işlər tamamlanmışdır.
Bildiyiniz kimi Mahmudavar və Molon kəndi tam qazlaşdırılmışdır. Hazırda Mahmudavarda 997, Mololonda 86 olmaqla, cəmi 1083 abonent mavi yanacaqdan istifadə edir. Ərazidə 2200 yerlik EATS vardır, fəaliyyəti qənaətbəxşdir. EATS-də 6 nəfər işlə təmin olunmuşdur. Hazırda Rüdəkənnar kəndində EATS-in tikilərək istifadə olunması nəzərdə tutlmuşdur. Telefon abonentlərin sayı 1000, İnternet istifadəçilərinin sayı isə 350 - yə çatmışdır. Qeyd olunan komunal xidmətlərindən istər işıq, qaz istərsə də telefon və internetdən istifadə edən sakinlərimiz ödəniş haklarını bu sahədə çalışanların əməyi nəticəsində vaxtında ödəniş edirlər ki, bu da təqdirəlayiq haldır. Amma bütün bunlara baxmayaraq ərazimizdə demək olar ki, debutor borcu olan abonentlər də vardır ki, bunun da aradan qaldırılması üçün bu sahədə çalışan əməkdaşınla bizim birgə səylərimiz nəticəsində debutor borcu olan abonentdən hissə-hissə alınaraq ödənilir. Son aylarda Mololon kəndində mavi qazdan istifadəyə görə debutor borcların sayı artmışdır ki, bunun da səbəbi araşdırılır. Bu məsələlərlə bağlı nümayəndəliyin illik və rüblük planlarında, verilmiş sərəncamlarla öz əksini tapmaqla həyata keçirilir.
Ərazimizdə 1 Poçt məntəqəsi vardır, burda da 3 nəfər işlə təmin olunmuşdur, poçtda çalışanlar öz işində məsuliyyətlə yanaşdığından fəaliyyəti normaldır.
Yola saldığımız 2015-ci ildə də Bələdiyyə ilə birgə fəaliyyət nəticəsində əhalini narahat edən suötürücü kanalların bir hissəsi təmizlənmiş və yollara qrabil döşənmiş, həmçinin imkansız və ehtiyacı olan vətəndaşlarımıza pul və ərzaq yardımı da göstərilmişdir. Mahmudavar kənd sakinlərinin köməyliyi ilə daxili imkanlar hesabına Mahmudavar cümə məscidi əsaslı təmir olunmuşdur. Bundan başqa “AzKill” tərəfindən kəndimiz üçün gördüyü işlərin həyata keçirilməsində ərazimisin sakinlərinin yaxından iştirak etməsinə görə dərin minnətdarlığımı bildirirəm. Belə ki, Mololon kəndində 2015 – ci ildə 1 mərtəbəli, 7 sinif otaqdan ibarət ümumi orta məktəb tikilmiş və son tamamlanma işləri görüldükdən sonra yaxın günlərdə istifadəyə veriləcəkdir. Həmçinin Mololon kənd sakinlərinin köməkliyi ilə birgə, daxili imkanlar hesabına Mahmudavar - Mololon yolun və kəndin daxili yoluna ümumilikdə 3 km yola qrabil döşənmiş, 10 – a yaxın elektrik və rabitə dirəkləri, elektrik naqilin və rabitə xətlərinin yenisi ilə əvəz olunmasını və bu kimi görülmüş və gələcəkdə görüləcək işlərə görə Mahmudavar ərazisinin sakinləri adından hörmətli prezidentimiz İlham Əliyev cənablarına minnətdarlığımızı və cənab başçıya öz dərin təşəkkürümüzü bildiririk.
2015-ci ildə gördüyümüz işlərlə yanaşı görəcəyimiz işlər və qarşıda duran vəzifələrimiz də çoxdur. Ilk növbədə Rüdəkənar - Mahmudavar – Mololon yolunun ümumilikdə 6 km-lik yolun təmirinə, il ərzində ərazidə 10 - a qədər köhnə elektrik dirəkləri dəyişdirilsə də hələ də 60-a qədər qəzalı vəziyyətdə olan elektrik və telefon dirəklərinin, elektrik və telefon naqillərinin dəyişdirilməsinə, Rüdəkənar kəndinin qazlaşmasına, Rüdəkənar kənd tam orta məktəbinin sinif otaqlarının döşəmələrinin təmir olunmasına, Mahmudavar tam orta məktəbinin və uşaq bağçasının əsaslı təmirinə böyük ehtiyacı vardır. Göründüyü kimi ərazimizdə müəyyən işlər görülsə də görüləsi işlərimizdə çoxdur, çalışacağıq ki, 2016-cı ildə qarşıda duran vəzifələrin öhdəsindən layiqincə gələk.
Mahmudavar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi Sizi əmin edir ki, 2016 – cı ildə qarşısında duran vəzifələri layiqincə yerinə yetirməyə və ötən ilin nöqsanlarının aradan qaldırılması üçün çalışaraq, bütün imkanlarını səfərbər edəcək, Azərbaycan Respublikası Prezidentinin Fərman və Sərəncamlarından, rayon İcra hakimiyyəti  başçısının əmr, sərəncam və tapşırıqlarından irəli gələn vəzifələrin ardıcıl və layiqincə həyata keçirilməsinə, əhalinin sosial problemlərinin həll olunmasına nail olaq. Çalışacağıq ki, bundan sonra da Dövlətimizin və dövlətçiliyimizin möhkəmləndirilməsində, Azərbaycan xalqının rifah halının yaxşılaşdırılmasında, ölkəmizin gündən-günə çiçəklənməsində hörmətli prezidentimiz cənab İlham Əliyevə dəstək olaq.

Keçidlər