Şriftin ölçüsü :

Saytın rəngi :

Əlimərdan Fəttah oğlu Quluzadə

1993-cü il fevralın 14-də Masallı rayonunun Birinci Yeddioymaq kəndində anadan olub.


Azərbaycan Ordusunun baş leytenantı olan Əlimərdan Quluzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Əlimərdan Quluzadə oktyabrın 6-da  Füzuli döyüşləri zamanı şəhid olub. Masallı rayonunda dəfn olunub.


Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 115 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Əlimərdan Quluzadə ölümündən sonra  "Vətən uğrunda" medalı  ilə təltif edildi.


Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Əlimərdan Quluzadə ölümündən sonra  "Cəbrayılın azad olunmasına görə" medalı  ilə təltif edildi.


Ermənistan silahlı qüvvələrinin təxribatına qarşı keçirilən əks-hücum əməliyyatı zamanı şəhid olan baş leytenant Əlimərdan Fəttah oğlu Quluzadənin heykəli hazırlanıb.

Keçidlər