Şriftin ölçüsü :

Saytın rəngi :

Musa Əlövsət oğlu Mustafayev

2001-ci il martın 23-də Masallı rayonunun Xoşçobanlı kəndində anadan olub.

2007 ci ildə M.Qarayev adına Sığıncaq kənd orta məktəbinin birinci sinfinə daxil oilmuş, 2016-cı ilədək bu məktəbdə doqquzuncu sinfə qədər təhsil almışdır. Elə həmin il Cəlilabad rayonundakı Göytəpə qəsəbəsində yerləşən texniki litseyə qəbul olunmuş, 2019-cu ildə isə həmin litseydə geniş profilli traktorçu-maşinist, çilingər-sürücü ixrtisasına yiyələnmişdir.

Musa Mustafayev Azərbaycan Silahlı Qüvvələrinin Cəlilabad şəhərində yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə idi.

Daha sonra Musa Mustafayev 2019 — cu ildə Azərbaycan Silahlı Qüvvələrinin Cəlilabad şəhərində yerləşən "N" saylı hərbi hissəsində, sərhəd zastavasında müddətli həqiqi hərbi xidmətə başlamışdır. Bu ilin yanvar ayında Ordudan evə tərxis olunmallcaqdı. Amma...
Azərbaycan Ordusunun əsgəri, ailənin tək oğlu olan Musa 2020-ci il sentyabrın 27-də məqsədinə nail olaraq Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərimizin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı, II Qarabağ döyüşlərində, Füzulinin azadlığı uğrunda gedən vuruşmalarda böyük şücaət göstərib, düşmənin bir sıra mövqelərinə sarsıdıcı zərbələr endirib.

Cəsur əsgər oktyabrın 6-da Füzuli döyüşləri zamanı torpaqlarımızın ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olub.

Şəhid Musa Əlövsət oğlu Mustafayev Xoşçobanlı kənd qəbiristanlığında, boy atdığı torpaqda, 7 oktyabr 2020-ci il tarixdə dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il 15 dekabr tarixli Sərəncamına əsasən Musa Mustafayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il 18 dekabr tarixli Sərəncamına əsasən Musa Mustafayev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edilib.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il 25 dekabr tarixli Sərəncamına əsasən Musa Mustafayev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.

Keçidlər