Şriftin ölçüsü :

Saytın rəngi :

Əli Seyran oğlu Nəcəfov

24 may 1998-ci ildə Masallı rayonunun Tüklə kəndində anadan olub.
2004-cü ildə Bakı şəhərində yerləşən 276 nömrıli tam orta məktəbində təhsil alıb.

2016-2020-ci il tarixlərdə Azərbaycan Universitetinin Maliyyə fakültəsində, «Maliyyə və İqtisadiyyat» ixtisası üzrə ali təhsil alıb.

Ali təhsilini başa vurduqdan sonra Əli Nəcəfov Vətənə olan vətəndaşlıq borcunu da yerinə yetirməyə hazırlaşırdı. Beləliklə, o, 25 iyul 2020-ci il tarixində hərbi xidmətə yollandı.

Hərbi xidmətini ilk dəfə Suymqayıt şəhərində yerləşən «N» saylı hərbi hissədə, daha sonra isə Qobustan rayonunda yerləşən «N» saylı hərbi hissədə yerinə yetirdi.

2020-ci ilin sentyabr ayının 27-dən başlanan Vətən müharibəsi uğurunda savaşda, Cəbrayıl rayonu uğrunda gedən döyüşlərdə düşmənə qarşı böyük mərdliklə döyüşmüşdür. İgid döyüşçü qəhrəmanlığı ilə öz adını tarixə yazdı.

2020-ci ilin oktyabrın 20-si Əli Seyran oğlu Nəcəfov qəhrəmancasına şəhidlik məqamına əbədi ucaldı. Oktyabrın 22-də doğulub boya-başa çatdığı Masallı rayonunun Tüklə kənd qəbiristanlığında dəfn edilib. Subay idi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əli Nəcəfov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Əli Nəcəfov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi. Eyni zamanda, Nəcəfov “Füzulinin azad olunmasına görə” medalı ilə də təltif olunub.

Keçidlər