Şriftin ölçüsü :

Saytın rəngi :

İqtisadiyyat - 01.01.2021

2020-ci ilin yanvar-dekabr aylarında  rayonun iqtisadi və sosial inkişafının makroiqtisadi göstəriciləri Ümumi məhsul buraxılışı: Yanvar–dekabr aylarında rayonun ümumi məhsul buraxılışının həcmi 436686,9 min manat olmuşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisə də faktiki qıymətlərlə 1,0 faiz azdır.
Sənaye:  Hesabat dövründə 63106,7 min manatlıq sənaye məhsulu istehsal olunmuş və xidmətlər göstərilmişdir. İstehsal olunmuş sənaye məhsulunun 48,0 min manatı və ya 0,1 faizi mədənçıxarma sənayesinin, 55352,4 min manatı və ya 87,7 faizi emal sənayesinin, 7104,0 min manatı və ya 11,3 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 602,3 min manatı və ya 0,9 faizi su təchizatı, tullantılarının təmizlənməsi və emalı bölmələrinin  payına düşür.
Kənd təsərrüfatı: Hesabat dövründə kənd təsərrüfatı məhsulları istehsalı 134609,8 min manat olmaqla, keçən ilin müvafiq dövrü ilə müqayisədə 12,3 faiz artmışdır. Məhsul buraxılışınin 45,7 faizi və ya 61551,9 min manati bitkiçilik, 54,3 faizi və ya 73057,9 min manatı heyvandarlıq təşkil etmişdir. Hesabat dövründə iri buynuzlu mal-qaranın sayı 72998 baş olmaqla, ət istehsalı 6347,9 ton, süd istehsalı 49462,8 ton, yumurta istehsalı 58842,0 min ədəd, qoyun və keçilər 93850 baş  təşkil etmişdir.
Tikinti: Yanvar-dekabr aylarında bütün maliyyə mənbələrindən əsas kapitala 79586,9 min manat investisiya yönəldilmişdir ki, bunun da 74615,9 min manatı tikinti quraşdırma işlərində istifadə edilmişdir.
Nəqliyyat: Yanvar-dekabr aylarında ilkin hesablamaya əsasən nəqliyyat sektoru üzrə xidmətin həcmi 6762,6 min manat olmuşdur ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 45,6 faiz azalmışdır.
Rabitə: Rabitə müəssisələri əhaliyə, müəssisə və təşkilatlara faktiki qiymətlərlə 1934,2 min manatlıq və ya keçən ilin müvafiq dövründən 15,0 faiz çox rabitə xidməti  göstərmişdir.
Əmtəə dövriyyəsi və ödənişlı xidmət: Hesabat dövründə pərakəndə əmtəə dövriyyəsi   həcmi 412997,0 min manat olmaqla 7,3 faiz az, əhaliyə göstərilən ödənişlı xidmətlərin ümumi həcmi isə 70412,0 min manat olmaqla 24,7 faiz azalmışdır.
Əməkhaqqı: İlkin hesablamaya əsasən yanvar-dekabr aylarında mövcud olan 103810 nəfər məşğul əhalinin 15034 nəfərini muzdla işləyənlər təşkil etmişdir. Muzdla çalışan 1 nəfər işçiyə düşən orta aylıq əməkhaqqı 437,8 manat olmuşdur. Keçən illə müqayisədə 1 nəfərə düşən orta aylıq əməkhaqqı 68,2 manat (19,2 faiz) artmışdır.
SƏNAYE

Hesabat dövründə 24 sənaye müəssisəsinin fəaliyyəti olmuşdur ki, bunların da 5-i dövlət, 19-u özəl sektorda olan müəssisələrdir. 2020-ci ilin yanvar-dekabr aylarında fərdi sahibkarların və ev təsərrüfatlarının işini də  nəzərə almaqla 63106,7 min manatlıq sənaye məhsulu istehsal edilmiş və xidmətlər göstərilmişdir ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 1,7 faiz az olmuşdur. İstehsal olunmuş məhsulun və xidmətlərin 7706,3 min manatı (12,2 faizi) dövlət, 55400,4 min manatı (87,8 faizi) qeyri-dövlət sektorun payında düşür.
Sahə quruluşuna görə istehsal olunmuş sənaye məhsulunun 48,0 min manatı (0,1 faizi) mədəncıxarma sənayesinin, 55325,4 min manatı (87,7 faizi) emal sənayesinin, 7104,0 min manatı (11,3 faizi) elektrik enerjisi, qaz  və  buxar istehsalı,  böluşdürülməsi və təchizatı müəssisələrinin, 602,3 min manatı (0,9 faizi) su təchizatı, tullantıların təmizlənməsi  və emalı bölməsinin payına düşür.

TİKİNTİ

     2020-ci ilin yanvar-dekabr aylarında 60398,8 min manatlıq əsas fondlar istifadəyə verilmişdir ki, bunun da 5628,8 min manatı dövlət mülkiyyətinin, 54770,0 min manatı isə qeyri-dövlət mülkiyyətinin payına düşür. Bütün maliyyə mənbələrindən əsas kapitala 79586,9 min manat investisiya yönəldilmişdir. Yönəldilmiş investisiyanın 23591,5 min manatı dövlət, 55995,4 min manatı qeyri-dövlət mülkiyyətinin payına düşür. Bu investisiyadan 74615,9 min manatı tikinti quraşdırma işlərində istifadə edilmişdir. İnvestisiyanın isə 21359,0 min manatını dövlət, 53256,9 min manatını qeyri-dövlət mülkiyyəti təşkil edir.
       2020-ci ilin yanvar-dekabr aylarında ölkə iqtisadiyyatının əsas sahələrindən olan tikinti bölməsində fəaliyyət göstərmiş tikinti müəssisələri tərəfindən öz gücləri ilə 2342,9 min manat və ya əvvəlki ilin müvafiq dövründən 40,8 faiz çox tikinti işləri yerinə yetirilmişdir. Yerinə yetirilmiş tikinti  işlərinin 1864,9 min manatı və ya 79,6 faizi dövlət mülkiyyətinin, 478,0 min manatı və ya 20,4 faizi qeyri dövlət mülkiyyəti hesabına olmuşdur.

      2020-ci ilin yanvar-dekabr  aylarında tikinti sektorunda çalışan işçilərin siyahı sayı 175  nəfər təşkil etmişdir. Həmin işçilərin 68,0 faizi dövlət sektoruna,  32,0 faizi qeyri-dövlət sektoruna mənsub tikinti müəssisələrində olmuşdur.
       Orta aylıq nominal əməkhaqqı 337,2 manata çataraq, əvvəlki ilin müvafiq dövründəkindən 14,3 faiz cox olmuşdur. Orta aylıq əməkhaqqı dövlət mülkiyyətində olan müəssisələrdə 432,1 manat, qeyri-dövlət mülkiyyətində olan tikinti müəssisələrində 135,6 manat təşkil etmişdir.
2020-ci ilin yanvar-dekabr aylarında əhali fərdi evlərin tikintisinə xüsusi diqqət yetirmişdir. Belə ki, ümumi dəyəri 54770,0 min manat, ümumi sahəsi 112420 kvadrat metr olan, yaşayış sahəsi 80580,0 kvadrat metr olan 970 fərdi mənzil tikilib istifadəyə verilmişdir. KƏND TƏSƏRRÜFATI        Əvvəlki illərdə olduğu kimi 2020-cı ilin yanvar-dekabr aylarında da kənd təsərrüfatının hər iki bölməsi üzrə məlumatlar təhlili məruzədə əksini tapmışdır. Belə ki,  yazlıq əkinlərin sahəsi genişlənmiş, mal-qaranın baş sayı və heyvandarlıq məhsulları istehsalı xeyli artmışdır.     
        Cari ilin faktiki qiyməti ilə 134609,8 min manatlıq kənd təsərrüfatı məhsulu stehsal olunmuşdur ki,  bunun da 73057,9 min manatı və ya 54,3 faizi  heyvandarlıq məhsullarının, 61551,9 min manatı və ya 45,7 faizi isə bitkiçilik məhsularının payına düşür. Ötən ilin müvafiq dövrü ilə müqayisədə məhsul buraxılışı 12,3 faiz  artmışdır.
       Bitkiçilik: Rayonun tarlalarında yazlıq bitkilərin kütləvi əkininə başlanmışdır. 2020-ci ilin yanvar-dekabr aylarında 4205,1 hektar sahədə yazlıq əkinlər aparılmışdır. Əkinlərin 880,5 hektarını kartof, 2009,3 hektarını tərəvəz, 18,0  hektarını təzə yonca, qalan  1297,3 hektar digər bitkilər təşkil etmişdir. Keçən ilin müvafiq dövrü ilə müqayisədə yazlıq əkinlər 0,5 faiz artmışdır. Yazlıq əkininlərin artımı əsasən tərəvəz, kartof, çəltik və tütun bitkisinin artması hesabına olmuşdur.
Əkilmiş yazlıq bitkilərin 4205,1 hektarı (100 faizi)  ailə-kəndli təsərrüfatlarının payına düşür.

          Heyvandarlıq. Hesabat dövründə əhalinin əsas məşğuliyyəti hesab olunan heyvandarlıq   inkişaf etmişdir. Mal-qaranın baş sayının və heyvandarlıq məhsullarının ötən ilin müvafiq dövrünə nisbətən  artması bu sahənin inkişaf etdiyini göstərir.
                
        Cədvəldən göründüyü kimi 2020-ci ilin yanvar-dekabr aylarında, 2019-cu ilin müvafiq dövrünə nisbətən rayon üzrə iri buynuzlu mal-qaranın baş sayı 0,1 faiz azalmış, qoyun və keçilərin baş sayı isə 1,7 faiz artmişdır. 
       Sürüdə olan inək və camışların xüsusi çəkisi 50,0 faiz olmuşdur. Hesabat dövründə rayon üzrə mövcud iribuynuzlu mal-qaranın, qoyun və keçilərin 100,0 faizi əhali təsərrüfatlarında olmuşdur.

         Mal-qaranın baş sayında olduğu kimi, məhsul istehsalının hamısı əhali təsərrüfatlarının payına düşür. Belə ki, 2020-ci ilin yanvar-dekabr aylarında ət, süd və yumurta istehsalı tamamilə əhali təsərrüfatlarında olmuşdur.
2020-ci ilin yanvar-dekabr aylarında keçən ilin müvafiq dövrünə nisbətən ət istehsalı 2,1 faiz, süd istehsalı 0,4 faiz, yumurta  istehsalı 1,0 faiz artmışdır.
RABİTƏ VƏ NƏQLİYYAT

   Rayonda mövcud olan poçt və rabitə müəssisələri tərəfindən 2020-ci ilin yanvar-dekabr aylarında əhaliyə, müəssisə və təşkilatlara 2361,8 min manat həcmində xidmət göstərilmişdir ki, bundan 1934,2 min manatı rabitə və 427,6 min manatı poçt rabitəsi xidmətləridir. Göstərilən rabitə xidmətlərinin həcimi keçən ilin cəmi dövrü ilə müqayisədə 251,9 min manat və ya 15,0 faiz, poçt rabitəsi xidmətlərinin həcimi isə müvafiq olaraq 3,4min manat və ya 0,8 faiz artmışdır. Göstərilən poçt və rabitə xidmətininn 2048,7 min manatı və ya 86,7 faizi əhaliyə, 313,1 min manatı və ya 13,3 faizi müəssisə və təşkilatlara göstərilmişdir. Göstərilən rabitə xidmətləri  keçən ilin eyni dövrü ilə müqayisədə əhaliyə 19,6 faiz artmış, müəssiə və təşkilatlara isə 4,3 faiz azalmışdır.

                Cədvəldən göründüyü kimi bir işçiyə düşən orta aylıq əməkhaqqı 403,2 manat təşkil etmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,2 manat və ya  1,3 faiz çoxdur.
Nəqliyyat: 2020-ci ilin yanvar-dekabr aylarında ilkin hesablamaya əsasən Nəqliyyat sektoru üzrə xidmətin həcmi  5678,8 min manat olmaqla, ötən ilin müvafiq dövrünə nisbətən 45,6 faiz azalmışdır. Yük daşıma 1809,0 min ton, avtomobil nəqliyyatı vasitəsi ilə sərnişin daşınması 8294,0 min sərnişin olmuşdur. Əvvəlki dövrlə müqayisədə yükdaşıma 32,6  faiz, sərnişindaşıma isə 44,9 faiz az olmuşdur.
Cədvəldən göründüyü kimi hesabat dövründə keçən ilin müvafiq dövrü ilə müqayisədə işçilərin sayı  azalmış, əməkhaqqı fondu isə  63802,7 manat ( 20,4 faiz ) artmışdır.   

       Bir işçiyə düşən orta aylıq əməkhaqqı 227,5 manat təşkil etmişdir  

    BƏLƏDİYYƏLƏR      01 yanvar 2021-ci il tarixə rayonda yerli özünü idarəetmə orqanı olan 36 bələdiyyə mövcud olmuşdur. Bələdiyyə büdcəsinin gəlirləri 2020-ci ilin yanvar-dekabr aylarında  301,5 min manat olmuşdur ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 31,1 faiz az olmuşdur.
             
      2020-ci ilin yanvar-dekabr aylarında bələdiyyə gəlirlərinin əsasını bələdiyyə əmlakının və torpağın özəlləşdirməsindən və icarəyə verilməsindən olan gəlirlər təşkil etmişdir. Gəlirlərin 78,6 faizi vergi olmayan gəlirlərdən ibarət olmuşdur.
       Hesabat dövründə bələdiyyələrin yerli büdcəsinin xərcləri 312,1 manat olmuşdur ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 26,9 faiz az olmuşdur.
                         
       Ümumi xərclərin 57,8 faizi yerli özünü idarəetmə orqanlarının saxlanması, 7,1 faizi sosial müdafiə və sosial təminat xərcləri və  35,1 faizi isə digər xərclərin payına düşür.
ƏMƏK BAZARI

      İlkin hesablamaya əsasən 2020-ci ilin yanvar-dekabr aylarında əmək ehtiyatlarının sayı 104185 nəfər olmuşdur. Mövcud əmək ehtiyyatlarından 103810 nəfəri məşğul əhalidir. İlkin hesablanmaya əsasən 2020-ci ilin yanvar-dekabr aylarında muzdla işləyənlərin orta siyahı sayı 15034 nəfər olmuşdur.

      Muzdla işləyənlərin 8163 nəfəri (54,3 faizi ) dövlət, 6871 nəfəri (45,7 faizi ) qeyri dövlət bölməsində çalışanlardır.

     Cədvəldən göründüyü kimi muzdla işləyənlərin 2,6 faizi kənd təsərrüfatı,meşə təsərrüfatı və balıqçılıq, 18,3 faizi sənaye, 1,2 faizi tikinti, 27,2 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri,  2,1 faizi  nəqliyyat, anbar təsərrüfatı və  informasiya və rabitə, 0,7 faizi maliyyə və sığorta fəaliyyəti, 5,5 faizi dövlət idarəetməsi və müdafiə,sosial təminat, 30,5 faizi təhsil, 7,1 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 4,2 faizi  istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət, 0,3 faizi peşə, elmi və texniki fəaliyyət, 0,7 faizi digər sahələrdə xidmətlərin göstərilməsində çalışan işçilər təşkil edir. 2020-ci ilin yanvar-dekabr aylarında muzdla çalışan işçilərin orta aylıq əməkhaqqı 437,8 manat olmaqla əvvəlki ilin müvafiq dövrünə nisbətən 68,2 manat və ya 19,2 faiz artmışdır.
       İşləyənlərin orta aylıq əməkhaqqı əhalinin həyat səviyyəsinin yüksəlməsini təmin edir. İşçilərin orta aylıq əmək haqqı artımı əsasən dövlət büdcəsindən maliyyələşən işçilərin aylıq vəzifə maaşlarının hesabına və son illər digər sahələrdə əməkhaqqının artması nəticəsində olmuşdur.

İSTEHLAK BAZARI 2020-ci ilin yanvar-dekabr aylarında iqtisadiyyatın başqa sahələrində olduğu kimi, ticarət və xidmət sektorunda da dinamika qalmaqda davam etmiş və əhəmiyyətli dəyişikliklər əldə olunmuşdur.
Hesabat dövründə pərakəndə əmtəə dövriyyəsi ilkin hesablamaya əsasən, 412997,0 min manat olmuşdur ki, bunun da 109176,8 min manatı (26,4 faizi) hüquqi, 303820,2 min manatı (73,6 faizi) fiziki şəxslərin payına düşür. Hüquqi şəxslər üzrə pərakəndə ticarət dövriyyəsinin 44790,4 min manatını və ya 41,0 faizini iri müəssisələr, 64386,4 min manatını və ya 59,0  faizini kiçik müəssisələr təşkil edir.
2020-ci ilin yanvar-dekabr aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə pərakəndə əmtəə dövriyyəsi  32176 min manat və ya 7,2 faiz  azalmışdır.
          Hesabat dövründə ticarət və xidmət sahələrində çalışan işçilərin sayı 4082 nəfər, əməkhaqqı fondu 16407174,8 manat olmaqla, bir işçiyə düşən orta aylıq əməkhaqqı 334,9 manat olmuşdur. Ticarət təşkilatlarında çalışan işçilərin  sayı 4033 nəfər təşkil edir.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə ticarət və xidmət sahələrində çalışan işçilərin sayı 157 nəfər azalmış, bir işçiyə düşən orta aylıq əmək haqqı isə 36,4 manat  artmışdır.Əhaliyə 70412,0 min manat ödənişli xidmət göstərilmişdir ki, bu da ötən ilin müvafiq dövründən 24,7 faiz azdır.

Qeyd: 2020-ci  ilin yanvar-dekabr  aylarında  fiziki həcm indeksinin əmsalı 0,1 olmuşdur.
         Ötən ilin hesabat dövrünə nisbətən, pərakəndə əmtəə dövriyyəsinin və əhaliyə göstərilən ödənişli xidmətlərin ümumi həcmi 10,3 faiz azalmışdır.
Keçidlər