Şriftin ölçüsü :

Saytın rəngi :

Cavad Gülverdi oğlu Babayev

28 noyabr 1998-ci ildə Masallı rayonunun Qızılağac kəndində anadan olub. 2005-2016-ci illərdə Qızılağac kənd 2 nömrəli tam orta məktəbində təhsil alıb. 2017-2018-ci illərdə Gədəbəy rayonunda həqiqi hərbi xidmətini uğurla başa vurub. Tikinti şirkətlərindən birində işləyib.

Cavad torpaqlarımızın azad olunmasında igidlik göstərərək noyabrın 11-i Qubadlı uğrunda gedən qızğın döyüşlərdə qəhrəmancasına şəhid olub. Şəhidin nəşi Qızılağac kənd qəbristanlığında böyük izdihamla dəfn edilib.

Valideynləri deyir ki, doğma torpaqlarımızın işğaldan azad olunması uğrunda döyüşmək Cavadın ən böyük arzusu idi. Vətən müharibəsi başlayanda bu arzusunu reallaşdırmaq üçün digər vətənpərvər oğullarımız kimi, o da döyüş meydanına atılıb. Cəbrayıl, Qubadlı və digər bölgələrdə düşmənə ağır zərbələr endirib və həmin rayonların alınmasında böyük şücaət göstərib.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən Cavad Gülverdi oğlu Babayev ölümündən sonra "Vətən uğrunda" , "Cəsur döyüşçü" , “Qubadlının azad olunmasına görə” və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.

Keçidlər