Şriftin ölçüsü :

Saytın rəngi :

Elçin Qismət oğlu Novruzov

09 avqust 1989-cu ildə Rusiya Federasiyasının Voronej şəhərində anadan olub. 1996-cı ildə Hüseynhacılı kənd ümumi orta məktəbinin birinci sinfinə daxil olub. 2005-ci ildə həmin məktəbin doqquzuncu sinfini bitirib. 2005-ci ildə Ə.Məmmədov adına Öncəqala kənd tam orta məktəbin onuncu sinfinə daxil olub və 2007-ci ildə həmin məktəbi bitirib. Orta təhsilini başa vurduqdan sonra, çağırışçı kimi 2007-ci ilin oktyabr ayında Bakının Qaradağ rayonunun Şıxov qəsəbəsində, «N» saylı Hava Hücumundan Müdafiə hissəsinə hərbi xidmətə yollanıb və həmin hərbi hissədən tərxis olunub.
Azərbaycan Ordusunun könüllü əsgəri Elçin Qismət oğlu Novruzov  27 sentyabr 2020-ci il tarixdə Azərbaycan Silahlı Qüvvələri tərəfindən Vətən müharibəsi zamanı Füzuli rayonunun işğaldan azad olunması uğrunda gedən döyüşlərdə düşmənə qarşı böyük mərdliklə döyüşərək şəhidlik zirvəsinə ucalıb. Şəhidin nəşi 16 noyabr 2020-ci il tarixdə Hüseynhacılı kənd qəbiristanlığında izdihamla torpağa tapşırılıb. Ailəli idi.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunması uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş Silahlı Qüvvələrin əsgəri Elçin Qismət oğlu Novruzov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub.

Keçidlər